İstanbulda keçirilən tam iclasda Rusiya ilə Ukrayna arasında memorandum layihəsinin bəndləri müzakirə olunmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, məsələlər mahiyyətcə müzakirə olunmayıb, mövqelər açıqlanıb və ümumi baxışların üst-üstə düşmədiyi qeyd edilib.
Qeyd edək ki, iyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib.