AZ

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI - Kredit bazarına təsiri nə olacaq?

Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Qərara əsasən AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7%-ə, faiz dəhlizinin aşağı həddini 6%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-ə endirib.

Bəs, bu qərarın Azərbaycanın maliyyə bazarına hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov deyir ki, Mərkəzi Bank tərəfində faiz dəhlizinin bütün parametrləri üzrə 0,25 faiz bənd azaldılıb:

 

“Bu azalma bir tərəfdən infilyasiyanın proqnozlaşdırılan diapozanda dəyişməsi, eyni zamanda qlobal iqtisadiyyatda, o cümlədən valyuta bazarındakı stabilliklə bağlıdır. Nəzərə alaq ki, 2025-ci ilin geridə qalan müddətində valyuta, eləcə də makroiqtisadi səviyyədə stabillik qorunub, saxlanılıb. Bu da praktik olaraq MB tərəfindən uçot dətəcələrinə, o cümlədən faiz dəhlizinə baxılması və müəyyən düzəlişlərin edilməsini zərurəti yaratmışdı. Söhbət böyük dəyişiklikdən  getmir.


Amma bütövlükdə MB-ın faiz dəhlizlərinin parametrləri və uçot dərəcəsiylə bağlı qərarı hələlik kredit bazarına təsir göstərməyəcək. Ümumiyyətlə MB-nın uçot stavkasının kredit faizlərinə təsirləri yüksək deyil və bu konteksdən MB-nın uçot stafkasının, eləcə də faiz dəhlizlərinin parametrlərinin daha aktiv şəkildə həm uçot, həm də maliyyə bazarına digər təsirlərinin artırılmasına ehtiyac var.

Çox təəssüf ki, biz son vaxtlar xüsusən də istehlak kreditlərində artımları müşahidə edirik.Bu da problemli kreditlərinin həcmi və vətəndaşların kredit öhdəliklərinin artması baxımından arzuolunan deyil. MB-nın son qərarı valyuta və istehlak bazarındakı mövcud tarazlığa uyğun olaraq qəbul edilmiş qərardır. Bununla belə MB-nın uçot stavkasının kredit faizləri daxil olmaqla digər alətlərə təsir imkanları yüksək qiymətləndirilmir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr