
Ağ Ev Elon Musk-ın xidmətlərinə daha ucuz alternativlərin olub-olmadığını araşdırsa da, nəticə dəyişmədi: alternativ yoxdur, – deyə “Bild” nəşri yazır.Wall Street Journal-ın məlumatına görə, SpaceX-in Pentaqonla imzaladığı müqavilələr əksər hallarda “əvəzolunmaz” sayılır. Onların ləğvi faktiki olaraq mümkün deyil.Təkcə aprel ayında SpaceX ABŞ Müdafiə Nazirliyindən 5,9 milyard dollar dəyərində sifariş alıb – 28 uçuş, milli təhlükəsizliklə bağlı layihələri əhatə edir. Şirkət həm orbitə yeni peyklər çıxarır, həm də Beynəlxalq Kosmik Stansiyaya (BKS) ekipajlar göndərir.Hazırda Crew Dragon – BKS-ə pilotlu uçuşlar üçün sertifikatlaşdırılmış yeganə Amerika kosmik gəmisidir.Bundan əlavə, Starlink internet sistemi də dövlət orqanları üçün yüksək sürətli bağlantı baxımından rəqibsizdir. Hətta SpaceX kəşfiyyat xarakterli peyk missiyalarını da həyata keçirir.Elon Musk ətrafında yaranan qalmaqallara baxmayaraq, ABŞ ilə SpaceX arasında işgüzar münasibətlər fasiləsiz davam edir.Şirkətin prezidenti və əməliyyat direktoru Gwynne Shotwell son həftələrdə bir neçə dəfə hökumət nümayəndələri ilə görüş keçirib.Yekun fikir sadədir: ABŞ hökuməti SpaceX-siz qala bilməz. Ulusum.az
Diqqət Çəkənlər
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir
İqtisadiyyat Nazirliyində yeni təyinatlar olub