AZ

Türkiyə və İspaniya arasında müdafiə sənayesində yeni əməkdaşlıq

BAKI, TurkicWorld

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) ilə Avropanın aparıcı hava şirkətlərindən Airbus arasında HÜRJET Jet Təlim Təyyarəsinin İspaniyaya ixracını sürətləndirəcək önəmli iş birliyi razılaşması imzalayıb.

TurkicWorld xəbər verir ki, 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) imzalanan razılaşma, iki şirkətin HÜRJET layihəsindəki rollarını aydınlaşdıraraq İspaniyanın təlim təyyarəsi tədarük prosesində TUSAŞ və Airbus əməkdaşlığını rəsmiləşdirib.

Bu əməkdaşlıq may ayında TUSAŞ ilə Airbus-un da daxil olduğu İspan müdafiə sənayesi şirkətləri arasında HÜRJET layihəsinə dair sənaye işbirliyi memorandumu imzalandıqdan sonra gerçəkləşib. Yeni razılaşma ilə HÜRJET-in İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil olma prosesi sürətləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq sayəsində HÜRJET Jet Təlim Təyyarəsinin ixracı ilə bağlı detallar da müəyyənləşib. İspaniyanın təlim təyyarəsi ehtiyacını qarşılamaq üçün 30 ədədə qədər HÜRJET tədarükü nəzərdə tutulub. Son satış müqaviləsinin 2025-ci ilin sonuna qədər imzalanması hədəflənir. HÜRJET-lərin təhvil verilməsinə isə 2028-ci ildə başlanması planlaşdırılır.

TUSAŞ və Airbus bu strateji addımla Avropa müdafiə sənayesində güclü və davamlı əməkdaşlıq qurmağı hədəfləyir. Uzunmüddətli tərəfdaşlıq yalnız HÜRJET layihəsində deyil, həm də iki ölkə arasındakı müdafiə və aviasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli addımdır.

Seçilən
42
turkic.world

1Mənbələr