Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817 milyon 48 min manat sığorta haqqı toplanılıb.
Mərkəzi Bankın statistikasına görə, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432 milyon 198 min manat təşkil edib. Bu isə illik müqayisədə 21,2 % çoxdur.