AZ

Britaniyada avtomobil istehsalı son 72 ilin minimumuna enib

Böyük Britaniyada bu ilin birinci yarısında avtomobil 1953-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Britaniya Motor İstehsalçıları Cəmiyyətinin məlumatında deyilir.

Qeyd edilib ki, avtomobil istehsalı ilin ilk altı ayında 11,9% azalaraq 417 232 ədədə enib.

ABŞ prezidenti Donald Trampın aprelin 2-də açıqladığı qarşılıqlı tariflərlə bağlı qeyri-müəyyənliklər bu enişdə müəyyənedici amil olsa da, iki ölkə ticarət razılaşması əldə etdikdən sonra avtomobil istehsalı iyun ayında bərpa olunmağa başlayıb. İyun ayında istehsal 6,6 faiz artıb.

Bu il ölkədə istehsalın illik bazda 15 faiz azalaraq 755 min ədəd olacağı, gələn il isə yenidən artmağa başlayaraq 800 min ədədi keçəcəyi gözlənilir.

 

Gözəl Azadəliyeva

Seçilən
75
operativmedia.az

1Mənbələr