"Milan" klubu "Brayton"dan Pervis Estupinyanı transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. İtaliya nəhəngi onun üçün "Brayton"a bonuslarla birlikdə 19 milyon avro ödəyəcək.
Estupinyan "Milan" tarixinin ilk ekvadorlu futbolçusu olub. O, yeni klubunda 2 nömrəli formanı tərlədəcək.