Ötən il qlobal kömür tələbi 1,5 faiz artaraq rekord səviyyəyə - 8,8 milyard tona çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir
Çin, Hindistan, İndoneziya və digər inkişaf etməkdə olan iqtisadiyyatlarda artan istehlak tələbin artmasına səbəb olsa da, Avropa, Şimali Amerika və Şimal-Şərqi Asiyada inkişaf etmiş iqtisadiyyatlarda tələbin zəifləməsi bu artımı kompensasiya etmək üçün kifayət etməyib.
Elektrik enerjisi istehlakı və təbii qaz qiymətlərinin artması səbəbindən ABŞ-də kömürdən istifadə il ərzində 10 faiz artıb. Avropa İttifaqında (Aİ) isə kömür tələbatı sabit qalıb.
Bu qısamüddətli dəyişikliklərə baxmayaraq, qlobal kömür tələbinin bu il 1 faiz artacağı, 2026-cı ildə isə 1 faiz azalacağı gözlənilir.
Gözəl Azadəliyeva