Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı RTV-yə açıqlama verib.
Gültəkin xanım bildirib ki, Arif Babayevin vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib:
“Həkimlər əllərindən gələni edirlər. Bu gün onu təcili tibbi yardım maşını ilə Bakıya aparacağıq.”