AZ

Lukaşenkodan Estoniyanın qadağası ilə bağlı açıqlama

Belarus prezidenti Aleksandr Lukaşenko Estoniya hakimiyyətinin Belarus liderinin ölkəyə girişinə qeyri-müəyyən qadağa tətbiq etmək qərarını şərh edib.

“İki sahil” TASS agentliyinə istinadla xəbər verir ki, Prezidentin mətbuat katibi Natalya Eysmontun sözlərinə görə, o, bu xəbəri istehza ilə qarşılayıb.

"Prezident belə dedi: "Mən heç vaxt Estoniyada olmamışam... Sanksiyaların tətbiqindən sonra isə mən fikirləşirəm - sağ qalacammı?"", - deyə prezidentin nümayəndəsi TASS agentliyinə bildirib.

Seçilən
51
ikisahil.az

1Mənbələr