BAKI, 24 iyul. TELEQRAF
Bu ilin yanvar-iyun ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi həyata keçirən “Paşa Həyat Sığorta” ASC olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət rüb ərzində 263 milyon 583 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 64 milyon 929 min manat) ikinci, “Atəşgah Həyat sığorta ASC (32 milyon 351 min manat) üçüncü ən çox sığorta ödənişi edən şirkətlər olub. Siyahıda bu şirkətləri “Atəşgah” sığorta ASC (19 milyon 459 min manat), “Qala Sığorta” ASC (12 milyon 551 min manat) izləyib.
Qeyd edək ki, ötən 6 ayda sığorta şirtkələri 432 milyon 198 min manat sığorta ödənişi ediblər. Beləliklə,toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,1 manat olub.