Odessa vilayətində Bıstroe mənsəbində mina qazma gəmisini partladıb, 3 nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları İdarəsi məlumat yayıb.
Gəminin planlı dərinləşdirmə işləri apardığı, göyərtəsində 11 nəfərin olduğu bildirilir.
Tapşırıqların icrası zamanı partlayış baş verib, UDLİ-nin üç əməkdaşı həlak olub.
Hadisə yerində təcili yardım xidmətləri işləyir. Estuariyadan keçid müvəqqəti bağlanıb, gəmilər Sulinski kanalı ilə göndərilir.
Xuraman Etibarlı
İnterpress.az