"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Aris"ə qarşı keçirəcəyi ev oyununa satılan biletlərin sayı müəyyənləşib.
Bu barədə QOL.az saytına açıqlamasında Naxçıvan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib. O, qarşılaşma üçün 850 biletin satıldığını bildirib.
Biletlər "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır.
"Dalğa Arena"da oynanılacaq görüş bu gün saat 20:00-da başlayacaq. Komandalar arasında cavab matçı 1 həftə sonra Yunanıstanda olacaq.