Cari ilin birinci yarımilində ölkə ərazisində 17049 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib
Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair Geniş Kollegiya iclasında bildirilib.
Ümumilikdə ölkə üzrə cəmi 7477 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan 536-ı prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.