Bakı. Trend:
Bəzi şəxslər tərəfindən səsləndirilən “Qohum evliliyi ilə bağlıqadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslıdeyil.
Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovadeyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq normaları – xüsusilə dəBMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan HüquqlarıKonvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşavəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləriazaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativmüdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılmışdır:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsindədə açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının vətəhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunlaməhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağanedilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarınatam uyğundur. Qanun bütün qohumluq münasibətlərinə deyil, yalnızkonkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur. Qadağaaşağıdakı halları əhatə edir:
Qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları(əmioğlu, xalaoğlu və s.).
Əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş(bacı) oğlu arasında nikah.
Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbinəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrəmüəyyənləşdirilmişdir”.
T.İbrahimova qeyd edib ki, qanuna qarşı yönəlmiş daha bir iddiaqeyri-rəsmi nikahların artması ilə bağlıdır:
“Bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malikdeyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlarqeyri-rəsmi nikahlar ər və arvad statusu yaratmır. Vərəsəlik,aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir. Uşaqlarınhüquqi statusunu və sosial müdafiəsini riskə atır. Beləliklə,qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir,əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır.Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlargələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxarabilər. Aparılan müşahidələr göstərir ki, əhali arasında bu qanunamünasibət birmənalı deyil. Bir qisim insan qanunu alqışlayır vəgələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimidəyərləndirir. Digər qisim isə, xüsusilə bəzi regionlarda, buqərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimiqəbul edir. Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqiüçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurundəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqcavacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgəfəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edəbilər”.
“Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativmövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çoxzaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətinümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquqmüstəvisində hər zaman üstün tutulur. Bu səbəbdən, sözügedən qanundəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbicəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib vəuzaqgörən addım kimi qiymətləndirilməlidir. Cəmiyyətin rifahı vəgələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər birvətəndaşın mənəvi və hüquqi borcudur”, - T.İbrahimova deyib.