AZ

Tesla Avropa bazarını itirir

Ajans.az xəbər verir ki,Tesla şirkətinin Avropa İttifaqı bazarındakı payı artıq altı aydır ki, ardıcıl olaraq azalır.  Bu barədə CNBC Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən məlumat verib.

Əgər 2024-cü ilin iyun ayında Tesla-nın Aİ-dəki bazar payı 3,4 faiz idisə, bu ilin yayın əvvəlində bu göstərici 2,8 faizə düşüb. İyunda Tesla-nın yeni avtomobil qeydiyyatlarının sayı 34 781 vahidə qədər azalıb ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 23 faiz azalma deməkdir. Bu geriləmənin səbəbləri kimi ciddi rəqabət və şirkətin baş direktoru İlon Maskın təxribat xarakterli bəyanatları ilə ABŞ prezidenti Donald Trampın administrasiyası ilə münasibətlərinin Tesla-nın reputasiyasına vurduğu zərbə göstərilir. Ekspertlər bildirirlər ki, BYD və Volkswagen Group-un artan rəqabəti Tesla-nın lider mövqelərini qoruyub saxlamağına mane olur.

Bundan əvvəl xəbər verilmişdi ki, Tesla-nın 2025-ci ilin ikinci rübündə xalis gəliri 1,172 milyard dollara düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azalma deməkdir.

Seçilən
35
Ajans.az

1Mənbələr