AZ

Aleksandr Lukaşenkoya Estoniyaya giriş qadağası qoyuldu

Estoniya hökuməti Belarus rejiminə qarşı tətbiq olunan sanksiyaları müddətsiz uzatmaq qərarına gəlib. Bu qərar çərçivəsində Belarusun avtoritar lideri Aleksandr Lukaşenko da daxil olmaqla, 250-dən çox şəxsə Estoniyaya giriş qadağan edilib. Məlumatı Estoniyanın ERR portalı yayıb.

Təşəbbüs Estoniyanın xarici işlər naziri Margus Tsaxkna tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Belarusda insan haqları sahəsində vəziyyət dəyişməz olaraq qalır və Minsk hakimiyyətinin Rusiyanın Ukraynaya qarşı təcavüzünə verdiyi dəstək əlavə tədbirləri zəruri edir.

“Son beş ildə tətbiq edilən sanksiyalara baxmayaraq, Belarusda heç bir müsbət dəyişiklik baş verməyib. Davam edən repressiyalara göz yuma bilmərik, buna görə də sanksiyalar müddətsiz saxlanılmalıdır”, – deyə Tsaxkna bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
59
editor.az

1Mənbələr