AZ

Fəhlə ölümü ilə bağlı şirkətlər məsuliyyətə cəlb ediləcək? Vəkildən AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Məsələdə cinayət məsuliyyətinin yaranması bir neçə halda ola bilər. İşçinin iş yerində, vəzifə borcunu yerinə yetirərkən həlak olması vəziyyətinə baxılmalıdır. Günah işçinin özündə ola və ya olmaya bilər. Buna müvafiq olaraq kimin məsuliyyət daşıdığına qərar verilir".Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, bu cür hadisələrə birmənalı fikir bildirmək olmur, işin hallarına baxmaq mütləqdir:"İşçinin təqsiri yoxdursa, şirkət məsuliyyət daşıya bilər. Hər bir halda işçinin ailəsinə işə götürən tərəfindən kompensasiya, müavinət ödənilməlidir. Xüsusilə səhlənkarlıqda günahı olan biri varsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir və məsələyə uyğun olaraq cəza tətbiq edilir".Qeyd edək ki, son iki gündə iki fəhlə ölümü qeydə alınıb. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
demokrat.az

2Mənbələr