AZ

Səudiyyə Ərəbistanı Suriyaya 6 mlrd. dollardan çox investisiya qoyacaq

Dəməşqdə keçirilən Suriya-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu çərçivəsində anlaşma memorandumu imzalanıb.

APA “Al- Arabiyya” qəzetinə istinadən xəbər verir ki, dəyəri 6 milyard dollardan çox olan 47 razılaşma Suriyada dövlət və özəl sektorların inkişafını nəzərdə tutur.

Sənədlər kibertəhlükəsizlik, aviasiya və telekommunikasiya sahələrini də əhatə edir.

Səudiyyə Ərəbistanı Suriyada infrastrukturun bərpasına 2.9 milyard vəsait ayırıb.

Suriyanın informasiya naziri Həmzə əl-Mustafa imzalanan sənədlərin Suriyada 50 000 birbaşa və 150 000 dolayı iş imkanlarının yaranmasına səbəb olacağını bildirib.

Forumd Səudiyyə Ərəbistanından olan təxminən 150 investor iştirak edib.

Seçilən
26
3
apa.az

4Mənbələr