BAKI, 24 iyul. TELEQRAF
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 şəxs barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclasında deyilib.
Bildirilib ki, bunlardan 2 şəxs barəsində 2 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub. Həmçinin, 3 şəxs barəsində qiyabi icraat başlanaraq məhkəməyə göndərilməsi təmin edilib.