Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan cümə axşamı keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
AzPost bildirir ki, bu barədə RİA-Novosti məlumat yayıb.
Mişustin və Paşinyan Altayda keçirilən Beynəlxalq Ətraf Mühit Konfransı çərçivəsində ayrıca görüş keçiriblər. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Mişustin və Paşinyan arasında görüşdən sonra jurnalistlərə baş nazirin müavini Overçuk deyib ki, tərəflər Cənubi Qafqazla bağlı gündəliyə aid məsələləri də müzakirə edib.
Görüşdə Rusiya və Ermənistan baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan digər məsələlərlə yanaşı, ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər. “Moskva İrəvanla ticarət dövriyyəsinin azalmasından narahatdır”deyə, baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanla ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik. Təbii ki, iki ölkə arasında ticarət dövriyyəsinin azalması bizi narahat edir. Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazım olduğunu müzakirə etdik”, – Rusiya Nazirlər Kabinetinin sədr müavini bildirib.
O əlavə edib ki, Rusiyanın Ermənistana investisiyaları da müzakirə olunub.