AZ

Azərbaycan BVF ilə qarşılıqlı fəaliyyətin prioritetlərini dəyərləndirib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadigöstəricilər, proqnozlar, iqtisadiyyatın diversifikasiyası iləbağlı müzakirələr aparıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.

"Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsiistiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühümönəm daşıyır. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrəmissiya rəhbəri Anna Bordon ilə görüşümüzdə Fondla əməkdaşlığıninkişafını məmnunluqla vurğuladıq.

Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadigöstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası vəvergi islahatları ilə bağlı müzakirələr apardıq", - deyə paylaşımdaqeyd edilib.

Seçilən
93
az.trend.az

1Mənbələr