Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe, son açıqlaması ilə pərəstişkarlarını kədərləndirib. Tilbe uzun müddətdir mübarizə apardığı sağlamlıq problemi ilə bağlı ilk dəfə danışıb.
Sherg.az xəbər verir ki, türk musiqisinin özünəməxsus simalarından olan Yıldız Tilbe illərdir səhnədəki enerjili çıxışları və səmimi davranışları ilə diqqət çəkir. Bütün yaş qruplarından olan dinləyiciləri ilə güclü bağ quran sənətçi, yalnız musiqisi ilə deyil, qeyri-adi tərzi və açıqlamaları ilə də daim gündəmdədir.
Bu dəfə isə Yıldız Tilbe sağlamlıq problemləri ilə gündəmə gəlib.
59 yaşlı sənətçi səhnədə təzyiq xəstəsi olduğunu etiraf edib. Tilbe, həkiminin qoyduğu bəzi qadağalardan da danışaraq yaşadığı prosesi belə təsvir edib:
“Yaşımla əlaqədar olaraq əzələlərimin qısaldığını dedilər. Hətta zərər gəlməsin deyə mikrofon tutmağımı belə qadağan olundu. Təzyiq xəstəliyi həqiqətən də çətin imiş. Bu xəstəliklə mübarizə aparan hər kəsə şəfa arzulayıram.”
Sağlamlıq problemlərinə baxmayaraq səhnədən imtina etməyəcəyini bildirən Yıldız Tilbe, konsertlərini davam etdirəcəyini və pərəstişkarları ilə görüşməyə davam edəcəyini vurğulayıb. Səhnədə olmağın onun üçün həm mənəvi, həm də fiziki baxımdan böyük motivasiya qaynağı olduğunu qeyd edib.