Bakı. Trend:
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən39 şəxs barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraqbaxılması üçün məhkəmələrə göndərilib, bunlardan 2 şəxs barəsində 2iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.
Trend xəbərverir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevinrəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan RespublikasınınProkurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilindəcinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərinvəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunanGeniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, həmçinin, 3 şəxs barəsində qiyabi icraatbaşlanaraq məhkəməyə göndərilməsi təmin edilib.
Hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarınınfəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2024-cü ilinbirinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 21 vahidazalaraq törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1qəsdən adam öldürmə cinayət işinin isə cari ilin iyul ayındaaçılması təmin olunub.
Hesabat dövründə bütün instansiya məhkəmələri üzrə 11 170 şəxsbarəsində 10 046 iş üzrə dövlət ittihamının müdafiəsi təmin olunub,prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiyaprotestləri verilib, 441 apellyasiya protesti və 49 kassasiyaprotestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin yuxarıinstansiya məhkəmələri tərəfindən aradan qaldırılması təminolunub.