Bakı. Trend:
Xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarınayol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinəcəlb olunub.
Trend xəbərverir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevinrəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan RespublikasınınProkurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilindəcinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərinvəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunanGeniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, onlardan 1-nə irad bildirilib, 7-nə töhmət və yaşiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub,2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Hesabat dövründə nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluqişçisi həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib, eynizamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilib.