“Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşümüzdə Fondla əməkdaşlığın inkişafını məmnunluqla vurğuladıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Görüşdə qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroqitisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası və vergi islahatları ilə bağlı müzakirələr aparılıb.