AZ

Azərbaycana bəzi ərazilərdən heyvan və quş xəstəliklərinə görə idxal müvəqqəti dayandırılıb

Bakı. Trend:

Azərbaycana heyvan və quş xəstəlikləri ilə əlaqədar bəziərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub.

Trend bu barədəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbərverir.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)rəsmi məlumatlarına əsasən, Monqolustanın Ulan-Bator şəhərindədabaq xəstəliyi, Şimali Makedoniyanın Şimal-Şərqi, Pelaqoniya, Şərqregionlarında, Sloveniyanın Notransk-Kraşka regionunda blutanqxəstəliyi, Kamboca Krallığının Battambanq əyalətində, İspaniyaKrallığının Estremadura muxtar icmasında, Amerika BirləşmişŞtatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripixəstəliyi qeydə alınıb.

"Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunmasıüçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla,cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz,dəvə və s.), habelə onlara aid məhsulların, diri quş və quşçuluqməhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanlarınsağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqətiməhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət GömrükKomitəsinə müraciət olunub", - qurumdan əlavə olunub.

Seçilən
81
3
az.trend.az

10Mənbələr