AZ

Vaşinqton paradı ABŞ ordusuna 30 milyon dollara başa gəlib – The Hill


Amerika Silahlı Qüvvələri iyunun 14-də Vaşinqtonda ABŞ Quru Qoşunlarının yaradılmasının 250 illiyi münasibətilə baş tutan hərbi paradın keçirilməsinə təxminən 30 milyon dollar xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ ordusunun nümayəndəsinə istinadla “The Hill” qəzeti məlumat yayıb.
Hərbi paradda təxminən 6500 amerikalı hərbçi və 150-yə yaxın müxtəlif döyüş texnikası, o cümlədən “M1 Abrams” tankları, “Bradley” zirehli texnikası və “Stryker” zirehli transportyoru iştirak edib.
Onun hava komponentinə “AH-64 Apache”, “UH-60 Black Hawk” və “CH-47 Chinook” helikopterləri, həmçinin “B-17 Flying Fortress” və “Douglas C-47” təyyarələri daxil olub.
Vaşinqton paradına on minlərlə insan tamaşa edib.
Onun keçirilməsi Trampın əleyhdarlarının, eləcə də onun bəzi tərəfdarlarının kəskin tənqidinə səbəb olub. Ən çox tənqid obyekti isə tədbiriə xərclənən məbləğ və onun militarist estetikası olub.
Seçilən
108
yeniavaz.com

1Mənbələr