AZ

Bu şəxslər prokurorluq orqanlarından XARİC OLUNDU

Ajans.az xəbər verir ki, bu məqsədlə aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-nə irad bildirilib, 7-nə  töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər isə prokurorluq orqanlarından xaric edilib. Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, habelə nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluq işçisi həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50 ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilib.

Bu məlumatlar Baş Prokurorluqda bu ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən geniş kollegiya iclasında səsləndirilib.

Seçilən
87
Ajans.az

1Mənbələr