Çin hakimiyyəti ümid edir ki, Avropa İttifaqı (Aİ) rəhbərliyi ticarət və iqtisadi sahədə məhdudiyyətlərdən əl çəkəcək.
Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının sədri Antonio Kosta ilə görüşündə deyib.
"Ümid edirik ki, Aİ ticarət və investisiya bazarlarını açıq saxlayacaq və məhdudlaşdırıcı iqtisadi və ticarət alətlərindən istifadə etməkdən çəkinəcək", - CCTV Çin liderinin sözlərindən sitat gətirib .
Çin ümid edir ki, Aİ Avropaya investisiya qoymaq və biznesə başlamaq istəyən Çin şirkətləri üçün əlverişli biznes mühiti yaradacaq, Si Cinpin deyib.