AZ

"OpenAI"dən süni intellekt hesabatı: İş məhsuldarlığında ciddi artım və yeni imkanlar

"OpenAI" tərəfindən yayımlanan son araşdırma süni intellekt (Al) alətlərinin iş məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdığını və sahibkarlıq üçün yeni imkanlar yaratdığını göstərir. Bununla yanaşı, texnologiyanın bəzi sahələrdə çətinliklər yarada biləcəyi də vurğulanır.

Valyuta.az xəbər verir ki, araşdırmaya əsasən, ABŞ-da 2023-cü ildə böyüklərin 28 faizi iş məqsədilə ChatGPT-dən istifadə edib. Bu göstərici 2022-ci ildə 8 faiz idi. Qısa müddətdə bu qədər artım, süni intellektin iş yerində məhsuldarlıq baxımından nə qədər sürətlə benimsəndiyini göstərir.

Ən çox istifadə sahələri sırasında öyrənmə və bacarıq inkişafı (20%), yazı və ünsiyyət (18%), proqramlaşdırma, məlumat elmi və riyaziyyat (7%), həmçinin yaradıcı ideya istehsalı, iş analitikası və tərcümə yer alır.

Texnologiyanın tətbiqində adətən gənc nəsil öndə görünür, lakin "OpenAI"ın məlumatına görə, ChatGPT-dən ən çox 25-34 yaş arası şəxslər (%32) istifadə edir. Bu göstərici 18-24 yaş qrupunda 24 faiz təşkil edir. Bu, süni intellektin xüsusilə başlanğıc səviyyəsindən bir qədər yuxarıda yerləşən vəzifələr üçün daha faydalı olduğunu göstərir.

Hüquqşünaslar, müştəri xidmətləri nümayəndələri, məsləhətçilər, dövlət qulluqçuları və müəllimlər kimi müxtəlif peşə sahələrindən olan istifadəçilər, süni intellektin gündəlik işlərini asanlaşdıraraq nəzərəçarpacaq dərəcədə vaxt qənaəti yaratdığını bildirirlər.

"OpenAI"ın "İqtisadi fürsətin açılması" adlı hesabatı, süni intellektin sahibkarlıq qarşısındakı maneələri azaltdığını ortaya qoyur. Məsələn, 2025-ci ildə "Y Combinator" proqramında süni intellekt mərkəzli startapların sayı həftəlik olaraq 10 faiz artıb.

Süni intellekt məhsuldarlıq baxımından böyük imkanlar vəd etsə də, "OpenAI" bu texnologiyanın bəzi sahələrdə pozuntulara səbəb ola biləcəyini qəbul edir. Şirkət hal-hazırda dünya üzrə 500 milyondan çox istifadəçiyə gündəlik 2,5 milyard mesaj dəstəyi göstərərək süni intellektin əlçatanlığını artırmaq məqsədi daşıyır.

"OpenAI" işçiləri dəstəkləmək, inklüziv sistemlər yaratmaq və texnoloji dəyişikliklərə düzgün istiqamət vermək məsuliyyəti ilə hərəkət etdiyini bildirir. Bundan əlavə, süni intellektin iqtisadi təsirini daha yaxşı anlamaq və onun faydalarının hər kəs tərəfindən paylaşılmasını təmin etmək üçün siyasətçilər, işçilər, müəllimlər və cəmiyyətlə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edir.

Paşa Məmmədli

Seçilən
51
valyuta.az

1Mənbələr