AZ

"Qalatasaray"ın istədiyi futbolçu İngiltərəyə getdi

İngiltərə Premyer Liqası klubu "Vulverhempton" heyətinə yeni futbolçu qatıb.

Operativ Media xəbər verir ki, "şirlər" "Fluminense"nin yarımmüdafiəçisi Con Adolfo Arias ilə 4 illik müqavilə imzalayıb.

2025-ci il iyulun ortalarında "Fluminense"nin "Vulverhempton"un 27 yaşlı kolumbiyalı üçün təxminən 20 milyon avroluq ilk təklifini rədd etdiyi bildirildi .

2025-ci il mövsümündə Arias 35 matçda 4 qol vurub və 13 məhsuldar ötürmə edib. 2025 FIFA Klublararası Dünya Çempionatında 6 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun keçmiş klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədə idi.

Arias həmçinin Kolumbiyanın "İndependiente Santa Fe", "America Cali", "Llaneros" və "Patriotas Boyaca" klublarında çıxış edib.

"Transfermarkt" futbolçunun transfer dəyərini 17 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Türkiyə klubu "Qalatasaray" da Ariası heyətinə qatmaq istəyib.

Seçilən
64
operativmedia.az

1Mənbələr