AZ

Altı ayda valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 iddia qaldırılıb

Bakı. Trend:

Hesabat dövründə azyaşlı uşaqların hüquqların müdafiəsiistiqamətində zəruri tədbirlər görülüb, bu istiqamətdə valideynlikhüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddiaqaldırılıb.

Trend xəbərverir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevinrəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan RespublikasınınProkurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilindəcinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərinvəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunanGeniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, cari ilin birinci yarımilində istintaq, təhqiqatvə əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətinsəmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik vəeffektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmintəkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləriüzrə icraata xitam verilməsinə dair 490 qərar əsassız və qanunsuzhesab edilərək ləğv olunub.

2025-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənaricraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etməksəlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təminolunmaqla 1891 inzibati xəta haqqında iş üzrə icraatın başlanmasıhaqqında qərar qəbul edilib.

Seçilən
116
az.trend.az

1Mənbələr