AZ

Amurda üçgünlük matəm elan olundu

Rusiyanın Amur vilayətində “An-24” təyyarəsinin qəzasında ölənlərlə bağlı üçgünlük matəm elan edilib.

"Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri qubernator Vasili Orlova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, regionun bütün ərazisində bayraqlar 25, 26 və 27 iyul tarixlərində endirilmiş vəziyyətdə olacaq: "Bu dəhşətli faciə 48 nəfərin həyatına son qoyub. Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm".

Seçilən
91
5
bakuinfo.net

9Mənbələr