BEYLƏQAN, 24 iyul. TELEQRAF
Beyləqanda elektrik cərəyanı vuran 63 yaşlı kişi sağ qalıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayonun Təzəkənd kənd sakini İmanov Dünyamalı Aslan oğlunu işlədiyi süd emalı sexində elektrik cərəyanı vurub.
D.İmanov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Dünyamalı İmanova ilkin tibbi yardım göstərilib, müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.