AZ

Təhsil Nazirliyi yanğından mühafizə sistemlərini gücləndirir-10 milyon manat xərcləyəcək

BAKI, 24 iyul. TELEQRAF

Təhsil Nazirliyi yanğın mühafizə sistemlərinin alınması və quraşdırılması ilə bağlı işlərə start verir.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 10 milyon 815 min 734 manat dəyərində avadanlıq alacaq.

Qeyd edək ki, artıq qurum təchizatçı ilə bağlı tender elan edib. Namizədlər təkliflərini təqdim etmək üçün 1622 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi sentyabrın 4-nə təyin olunub.

Seçilən
83
teleqraf.com

1Mənbələr