Bu ilin iyun ayında Avropanın ən böyük avtomobil bazarlarının siyahısı açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında deyilir.
Məlumata görə, Almaniya avtomobil bazarı Avropa reytinqində birinci yeri tutub. Belə ki, ötən ay Almaniyada 256 193 avtomobil satılıb ki, bu da illik 14 faiz azdır.
Avropanın ən böyük digər avtomobil bazarları isə bunlardır:
Ölkə |
Avtomobil sayı |
Almaniya |
256 193 |
Böyük Britaniya |
191 316 |
Fransa |
169 505 |
İtaliya |
132 320 |
İspaniya |
119 125 |
Rusiya |
90 116 |
Ümumilikdə bu dövrdə dünya üzrə 7 milyon 731 min 358 minik avtomobili və yüngül kommersiya avtomobili satılıb ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə iki faizdən çoxdur. Ən çox avtomobil Çin sakinləri tərəfindən alınıb - 2 milyon 311 min 310 ədəd.
Gözəl Azadəliyeva