AZ

Tailand-Kamboca qarşıdurması bu sektoru vuracaq

Qlobal avtomobil sənayesi Tailand və Kamboca arasında münaqişə nəticəsində zədələnə bilər.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin "Comtrade" platforması məlumat yayıb.

Qeyd edək ki, proqnoz Tailandın avtomobil şinlərinin istehsalında istifadə edilən təbii kauçukun əsas tədarükçüsü olması faktına əsaslanır. 2024-cü ildə bu xammalın dünya tədarükünün təxminən üçdə ikisi (təxminən beş milyard dollar dəyərində) Tailanddan gəlib. O, öz rezinlərini əsasən dünyanın aparıcı təkər istehsalçıları sayılan ölkələrə satır. Söhbət Çin, Yaponiya və ABŞ-dan gedir.

Xatırladaq ki, bundan əvvəl Tailand və Kamboca arasındakı münaqişənin ev heyvanları üçün yem tədarükünə təsir göstərə biləcəyi proqnozu da verilib. Məsələ burasındadır ki, ötən il Tailand bu məhsulun tədarükünə görə ikinci yerdə olub.

Seçilən
113
publika.az

1Mənbələr