Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
QHT.az xəbər verir ki, görüşün məqsədi Xüsusi Olimpiya hərəkatının inkişaf etdirilməsi, cari fəaliyyətin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi olub. Vüqar Behbudov çıxışında xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasında idmanın mühüm rolunu vurğulayıb, QHT-lərin bu istiqamətdə göstərdiyi fəaliyyəti vurğulayaraq, gələcək birgə işlərin təşkilinin vacibliyini bildirib.
Eləcə də, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan QHT-lərin son dövrlərdə həyata keçirdiyi layihələrə dair məlumat təqdim edilib.
Görüşdə qarşılıqlı əməkdaşlığın və birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı səylərin artırılacağı vurğulanıb.