Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) media nümayəndələri üçün“ARDNF-nin investisiya portfeli və gəlirlilik yanaşması” mövzusundatəlim təşkil edib.
Trend xəbərverir ki, tədbirin məqsədi Fondun investisiya strategiyası,aktivlərin bölgüsü və gəlirlilik göstəriciləri barədə medianümayəndələrinə daha dolğun və təhlilə əsaslanan məlumat təqdimetmək, həmçinin bu mövzularda ictimai məlumatlılığın artırılmasınatöhfə vermək olub.
Təlim ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri ÜlviyyəMehralıyevanın açılış nitqi ilə başlayıb. O, media ilə qurulanqarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətinivurğulayaraq, bu cür bilik mübadiləsinin Fondun fəaliyyətininşəffaf şəkildə təqdim olunması baxımından önəmini qeyd edib.
Təlimin ilk təqdimatında Risklərin idarəedilməsi departamentinindirektoru Vadim Pşeniçnıy suveren sərvət fondlarının investisiyaportfellərinin formalaşdırılması prinsiplərindən və bu sahədəbeynəlxalq təcrübələrdən danışıb. O, ARDNF-nin investisiyastrategiyasının əsas elementlərini və risklər nəzərə alınmaqlatətbiq olunan portfel modelini ətraflı şəkildə təqdim edib.
Ardınca eyni departamentin Aktivlərin bölgüsü, risk vəgəlirliliyi şöbəsinin müdiri Toğrul Rəhimbəyli investisiyaportfelinin altportfelləri üzrə gəlirlilik göstəricilərininhesablanmasına dair texniki və metodoloji yanaşmalarıiştirakçılarla bölüşüb. O, uzunmüddətli maliyyə dayanıqlığınıntəmin edilməsində risklərin ölçülməsi və balanslaşdırılmış portfelstrukturunun əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbir Fondun 2025-ci ilin ilk yarım ili üzrə fəaliyyəti barədətəqdimatla davam edib. Ülviyyə Mehralıyeva hesabat dövründə əldəolunmuş maliyyə nəticələri, həyata keçirilən əsas investisiyaəməliyyatları və portfel üzrə əsas trendlər barədə ətraflı məlumatverib.
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiya çərçivəsindəinteraktiv müzakirələr aparılıb və iştirakçıların suallarıcavablandırılıb.