AZ

Millimizin üzvü Xorvatiya klubunda - RƏSMİ

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu məlum olub.

Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.

Rüfət "Varajdin"ə transfer olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vurub.  Komanda UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Qurban Qurbanov: “Bakıdakı oyunda daha ciddi olmalıyıq”

Valdas Dambrauskas: “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki..."

Rəşad Sadıqov: "Taleyimizlə barışıb, önümüzə baxırıq"

Qonsalo Qarsiya: "Zirə" təhlükəli rəqibdir"

“Zirə”də ciddi itki - CAVAB MATÇINI BURAXACAQ

Seçilən
105
apasport.az

1Mənbələr