"Bavariya" klubu "Liverpul"un hücumçusu Luis Dias üçün yeni təklif verəcək.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi kolumbiyalı üçün 75 milyon avro ödəməyə hazırdır. Onların ilk təklifi 67.5 milyon idi.
Bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
L. Dias 2022-ci ilin yayından "Liverpul"da çıxış edir. 28 yaşlı futbolçu burada 148 oyunda 41 qol vurmağı bacarıb.
"Qırmızılar" artıq onun ayrılıq ehtimalına görə alternativlər axtarmağa başlayıb.