AZ

Krım körpüsünə görə 5 Ukrayna və Gürcüstan vətəndaşı AXTARIŞA VERİLDİ

Krım körpüsündə törədilən terror aktı ilə bağlı 5 Ukrayna və Gürcüstan vətəndaşı axtarışa verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Bastrıkin RİA Novosti-yə bildirib.

Məlumata görə, 2022-ci ilin oktyabrında Krım körpüsündə törədilən terror aktı ilə bağlı beş Ukrayna və Gürcüstan vətəndaşı axtarışa verilib.

Onun sözlərinə görə, terror aktının hazırlanması və təşkili xidmətin rəhbəri Vasili Malyukun birbaşa nəzarəti altında SBU tərəfindən həyata keçirilib.

Xaricdə yaradılan mütəşəkkil dəstənin tərkibinə Ukrayna vətəndaşları Mixail Tsyurkalo, Denis Kovaç və Sergey Andreyçenko, Gürcüstan vətəndaşları Levan Benaşvili və Aleksandr İnasaridze, habelə partlayıcı qurğunu Rusiyaya daşıyanlar daxildir.

Bütün təqsirləndirilən şəxslərə qiyabi ittiham irəli sürülüb.

Xuraman Etibarlı

İnterpress.az 

Seçilən
63
interpress.az

1Mənbələr