BAKI, 24 iyul. TELEQRAF
Xalq artisti Arif Babayev Bakıya gətirilir.
Bu barədə Teleqraf-a Qax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Arif Babayev xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə Bakıya yola salınıb.
"Qax Mərkəzi xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Vəziyyəti hazırda ağır-stabil olaraq qalır. Huşu aydın deyil", - məlumatda bildirilib.