AZ

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciətünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanınsuveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistanarasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətindəkəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rəddedirik.

Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları,faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhsəylərinə qarşı açıq təxribata əl atıblar".

Bildirilir ki, bu yaxınlarda Azərbaycan və Ermənistan liderləriBirləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüşkeçiriblər.

"Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətninirazılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçünciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmeninçağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindənbaşqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regiondayenidən münaqişə ocağı yaratmağa çalışırlar.

Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərinABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilindəməsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur. Bu cürşəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar ErmənistanınAzərbaycana qarşı işğalına, günahsız insanların qanınıntökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanındaolublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibəcinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdançıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malikdeyillər.

Xatırlatmaq istərdik ki, əvvəllər bu kimi anti-Azərbaycan,ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatıtənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya vərüşvətxorluğa görə məhkum olunub. Məlum müraciətintəşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə CənabTramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsininzəruriliyini bildirib", - müraciətdə vurğulanıb.

"Ötən il Bakıya - COP29 tədbiri zamanı səfər etmiş konqresmenFrank Peloni yerli ictimai fəallar tərəfindən “Rədd ol!” şüarlarıilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqlaölkəni tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinəermənilərin qayıdışı haqqında danışan F.Peloni kimi konqresmenlərilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdışhüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşəninsanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. QərbiAzərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağahazırdır.

Ermənistan ərazisində və işğal dövründə Qarabağ və ŞərqiZəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Bunasusmaq ən böyük ədalətsizlikdir.

Son vaxtlar İsveçrə parlamentinin “beynəlxalq sülh forumu” adıaltında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən,Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərləçıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir. Sizəbir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrəparlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha buməktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.

Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ vəAzərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfliəlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasındannarahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərarolması istiqamətində təqdirəlayiq əmək sərf edən TrampAdministrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bukonqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir.

İmzalar:

Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarəHeyətinin sədri

Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətininsədri

Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimaiBirliyinin sədri

Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimaiBirliyi

Umud Mirzəyev – “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri

Zaur İbrahimli – “Prioritet" Sosial İqtisadi AraşdırmalarMərkəzi” İctimai Birliyinin sədri

İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimaiBirliyinin sədri

Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyininsədri

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyininsədri

Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimaiBirliyinin sədri

Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı”İctimai Birliyinin sədri

Rey Kərimoğlu - “Azərbaycanda Minadan ZərərçəkənlərinAssosiasiyası” İctimai Birliyinin sədri", - deyə əlavə olunub.

Seçilən
73
49
az.trend.az

10Mənbələr