AZ

Türkiyə nəhəngi "Bayern Münhen" ilə anlaşdı

Türkiyənin ən titullu klublarından biri olan “Qalatasaray”, Almaniyanın nəhəng təmsilçisi "Bayern Münhen"in mərkəz müdafiəçisi Kim Min Je ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, cənubi koreyalı futbolçunun transferi üçün artıq ilkin təmaslara başlayıb.

Bu barədə məlumatı "Fotomaç" yayıb.

2023-cü ildə İtaliyanın “Napoli” klubundan “Bayern Münhen”ə keçən Kim Min Je, ilk mövsümündə istədiyi çıxışı tam göstərə bilməyib. Bu səbəbdən, Alman klubunun onu icarəyə buraxmaq ehtimalı yüksəkdir. “Qalatasaray” rəhbərliyi isə bu fürsətdən istifadə edərək müdafiəçini transfer etmək niyyətindədir.

Qeyd edək ki, transfer birillik icarə + satınalma opsiyası formasında həyata keçirilə bilər. Klubun baş məşqçisi Okan Burukun da bu keçidə müsbət yanaşdığı bildirilir.

Kamil Xudiyev

Seçilən
48
fanat.az

1Mənbələr