Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta şirkətlərininxətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb.
Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 91,886 milyon manatvə ya 12,7% çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda sığortaşirkətlərinin xətti ilə 725,162 milyon manat sığorta haqqıtoplanılmışdı.
Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “PaşaHəyat Sığorta” ASC (390,8 milyon manat) olub. İkinci yerdə 182,3milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə57,4 milyon manat sığorta haqqı ilə “Atəşgah Həyat” Sığorta ŞirkətiASC qərarlaşıb.
Yanvar-iyun aylarında sığorta yığımlarına görə şirkətlərinrenkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı | Məbləğ (min manat) |
“Paşa Həyat Sığorta” | 390 813 |
“Paşa Sığorta” | 182 271 |
“Atəşgah Həyat” Sığorta Şirkəti | 57 377 |
“Qala Sığorta” | 49 912 |
“Atəşgah” Sığorta Şirkəti | 30 598 |
“Azərbaycan Sənaye Sığorta” | 16 580 |
“Meqa Sığorta” | 15 573 |
“Xalq Sığorta” | 14 181 |
“Qala Həyat” Sığorta Şirkəti | 13 305 |
"Aqrar Sığorta" | 13 263 |
“A-Qroup Sığorta Şirkəti” | 9 140 |
“Meqa Həyat Sığorta” | 7 957 |
"Xalq Həyat" Sığorta Şirkəti | 5 274 |
“AtaSığorta” | 4 833 |
“AzSığorta” | 4 651 |
“İpək Yolu Sığorta” | 1 319 |