Bakı. Trend:
İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanmasıilə bağlı danışıqların məkanı və zamanı təsdiqlənib.
Trend bu barədəİranın Təsnim agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Tehranla “avroüçlük” (Böyük Britaniya, Almaniya,Fransa - red.) arasında nüvə danışıqları iyulun 25-də İranınTürkiyənin İstanbul şəhərindəki konsulluğunda keçiriləcək.
Qeyd olunur ki, bundan əvvəl İranın XİN rəsmi nümayəndəsiİsmayıl Bəqai danışıqların növbəti raundunun xarici işlərnazirlərinin müavinləri səviyyəsində keçiriləcəyini bəyanetmişdi.
İranı danışıqlarda Məcid Taxt Rəvançı və Kazem Qəribəbadi təmsiledəcək.