AZ

Ağdamdakı yanğının qarşısının alınmasına əlavə kömək cəlb edilir

AĞDAM, 24 iyul. TELEQRAF

Ağdamda baş verən güclü yanğının qarşısının alınması üçün əlavə kömək cəlb edilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb. Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi və Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və əməkdaşlarcəlb edilib.

Hazırda Yevlax rayon Yağından Mühafizə Xidmətinin briqadası yanğın baş verən əraziyə çatıb.

Ağcabədi rayon Yağından Mühafizə Xidmətinin əməkdaşları isə hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobil və xidmət əməkdaşları yanğınsöndürmə əməliyyatını davam etdirir.

Seçilən
113
50
teleqraf.com

10Mənbələr