AZ

"Tesla"nın səhmləri 6%-ə yaxın ucuzlaşıb

"Tesla" şirkətinin səhmləri cümə axşamı Avropada səhər ticarət sessiyasında 6%-ə yaxın ucuzlaşıb. 

Valyuta.az xəbər verir ki, bu, "İlon Mask"ın elektrikli avtomobil istehsalçısının son on ildən artıq müddətdə satışlar üzrə ən kəskin rüblük geriləməni açıqlamasından sonra baş verib.

Frankfurt birjasında "Tesla" səhmləri 5,7% dəyər itirib. Bu, çərşənbə günü "Wall Street"dəki ticarət sonrası sessiyada qeydə alınan 5%-lik azalmadan sonra gəlib.

Şirkətin ikinci rüb üzrə mənfəəti analitiklərin proqnozlarını qarşılamasa da, avtomobil istehsalında mənfəət marjası bazarın qorxduğu qədər aşağı olmayıb.

Şirkətin baş direktoru İlon Mask konfrans zəngində bildirib ki, ABŞ hökumətinin elektrikli nəqliyyat vasitələrinə dəstək proqramlarını ixtisar etməsi "Tesla" üçün növbəti bir neçə rübü çətinləşdirə bilər. Lakin o, gələn ilin sonlarından etibarən avtonom sürücülük proqramları və xidmətlərindən gələn gəlir axınının başlayacağını qeyd edib.

Sərvanə Rəmixanova

Seçilən
51
valyuta.az

1Mənbələr